Linear Feedback Shift Register (LFSR)

Əks əlaqəli xətti sürüşmə registri – psevdotəsadüfi bitlər ardıcllığı yaratmağa imkan verən riyazi model. Zəruri xassələrə malik açar ardıcıllıqlarının yaradılması üçün bir çox axın şifrində istifadə edilir.
Linear cryptanalysis
Link encryption
OBASTAN VİKİ
Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
Shift klavişi
Shift klavişi(Shift key,клавиша Shift,üst karakter tuşu)-başqa klavişlərin adi qiymətini dəyişən klaviş; bunun üçün hərf, yaxud rəqəm klavişini basarkən Shift klavişini basıb-saxlamaq gərəkdir. Shift klavişindən həmçinin standart olmayan simvolları almaq, yaxud xüsusi funksiyaları çalışdırmaq üçün istifadə olunur. Məsələn, IBM PC-uyumlu kompüterlərdə Shift + funksional klaviş kombinasiyası təkcə funksional klavişin özünü basdıqda çalışdırılan komandadan başqa komandanı göstərə bilər. İlk PC/XT klaviaturasında Shift klavişi yuxarıya yönəli oxla (⇧) qeyd olunub. Başqa IBM klaviaturalarına həmin klaviş həm oxla, həm də Shift sözüylə qeyd oluna bilər.Shift düyməsinə aid klaviatura simvolu (ISO / IEC 9995 beynəlxalq standart seriyasında Level 2 Select düyməsi olaraq adlandırılan) ISO / IEC 9995–7-də simvol 1, ISO 7000-də "Avadanlıqlarda istifadə üçün qrafik simvollar" ISO-7000–251 simvolunun yönlü variant kimidir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 774 s.
Half-Life: Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
World Register of Marine Species
Dəniz Növlərinin Ümumdünya Reyestri (ing. World Register of Marine Species) – dəniz orqanizmlərinin adlarının səlahiyyətli və hərtərəfli siyahısını təmin etmək məqsədi daşıyan taksonomik verilənlər bazasıdır. DNÜR 2008-ci ildə təsis edilib və Leyden Milli Təbiət Tarixi Muzeyində Jacob van der Land (və bir neçə həmkarı) tərəfindən tərtib edilmiş Dəniz Növlərinin Avropa Reyestrindən və UNESCO-IOC-nin Dəniz Orqanizmlərinin Reyestrindən (URMO) yaranıb. .O, ilk növbədə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Belçikanın Ostend şəhərindəki Flanders Dəniz İnstitutu (FDİ) tərəfindən keçirilir. DNÜR bir sıra digər biomüxtəliflik layihələri, o cümlədən Qlobal Biomüxtəliflik İnformasiya Vasitəsi və Həyat Ensiklopediyası ilə rəsmi müqavilələr bağlayıb. 2008-ci ildə DNÜR dəniz həyatının siyahıyaalınmasının başa çatdığı 2010-cu ilə qədər bütün dəniz növlərinin müasir qeydinə sahib olacağına ümid etdiyini bildirdi. 2018-ci ilin fevral ayına olan məlumata görə, DNÜR-də 480,931 dəniz növünün adı (sinonimlər daxil olmaqla) siyahıları var, onlardan 240,633-ü etibarlı dəniz növləridir (95% yoxlanılıb). Onların məqsədi təxminən 240.000-dən çox dəniz növünün hər biri üçün siyahıya sahib olmaqdır. VLIZ eyni zamanda ümumi infrastrukturdan istifadə edərək Dəniz və Dəniz Qeyri Nəsillərinin Müvəqqəti Reyestrinə (IRMNG) ev sahibliyi edir. World Echinoidea Database 27 fevral 2015-ci ildə Qlobal Biomüxtəliflik İnformasiya Vasitəsinin siyahısına salındı, lakin sonradan rədd edildi.
Interim Register of Marine and Nonmarine Genera
Interim Register of Marine and Nonmarine Genera (azərb. Dəniz və Qeyri Dəniz Nəsillərinin Müvəqqəti Reyestri‎; IRMNG) — məlumatlar bazası. Zoologiyada 1758-ci ildən (bitkilər, çiçəklər və ağaclarda 1753) indiyə qədər nəşr olunmuş elmi adlardan ibarətdir. Məlumatlar bazasında 1,7 milyondan çox növ adı var. Baza 2006-cı ildə Avstraliya bioloqu Toni Ris tərəfindən qurulmuşdur. O, bu və digər nailiyyətlətinə görə Ebbe Nilsen mükafatı almışdır. Rees, Tony. "18.8. IRMNG—the Interim Register of Marine and Nonmarine Genera" (PDF). The Proceedings of TDWG. 2008.